Cari ilin entyabrın 26-a təyin olunan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün “Bələdiyyə” təşəbbüs qrupunun imzatoplama kampaniyası başa çatıb. Bu barədə Belediyye.infoya təşviqat qrupundan məlumat verilib.
Məlumata görə, müvafiq olaraq seçki dairələrini əhatə edən imzatoplama kampaniyası çərçivəsində Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq, 50 minə yaxın çox seçici imzası toplanıb.
“Bələdiyyə” təşəbbüs qrupu referendum üzrə eyni adlı təşviqat qrupunun qeydə alınması üçün tələb olunan seçici imzalarını Seçki Məcəlləsinin 57, 65, 66 və 68-ci maddələrinın tələblərinə və Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qəbul edilən təlimata müvafiq olaraq tələb edilən sənədlərlə birlikdə MSK-ya təqdim edib.
Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq “Bələdiyyə” təşəbbüs qrupunun müraciətinə yeddi gün ərzində MSK- nın iclasında baxılaraq müvafiq qərar veriləcəkdir.
Belediyye.info